Fəqərə arası disk yırtığı (herniasiyası) bel ağrısının ən geniş yayılmış səbəblərindən biridir. Onurğanın fəqərələri arasında yerləşən disk yumşaq nüvəsi xarici halqanın zədələnməsi nəticəsində çıxır və ətrafındakı sinir köklərinə, xüsusilə siyatik sinirə təzyiq göstərir. Bu vəziyyət ayaqlara, baldırlara yayılan güclü ağrı, uyuşma, keyləşmə və zəiflik ilə özünü büruzə verir — tibbdə bu tablo radikülopatiya adlanır.

Ənənəvi yanaşmada xəstələrə uzunmüddətli dərman müalicəsi, fizioterapiya, ya da ciddi hallarda açıq cərrahiyyə əməliyyatı təklif olunur. Lakin son illər intervensional ağrı təbabəti sahəsindəki inkişaf sayəsində əməliyyat olmadan, cəmi 20 dəqiqəlik minimalinvaziv prosedurlarla bel yırtığının effektiv şəkildə müalicəsi mümkün hala gəlib. Bu yanaşma xəstəyə cərrahiyyənin riskləri, uzun reabilitasiya müddəti və ümumi anesteziyadan qaçınmaq imkanı verir.

Dorsal Kök Ganglion Bloku (DRG) — fəqərə arası diskdən çıxan sinir kökünün yanındakı gangliona rentgen nəzarəti altında steroid və lokal anestezik yeridilməsidir. Bu prosedur sinirə olan iltihabi təzyiqi sürətlə azaldır, ağrı impulslarını bloklayır və xəstəyə dərhal yüngülləşmə hissi yaradır. DRG xüsusilə ayağa yayılan güclü yanma tipli ağrılarda yüksək effektivlik göstərir.

Transforaminal Epidural Steroid İnjeksiyası (TFE) — dərmanın diskdən sıxılan sinir kökünnün tam yanına, foraminal kanala yeridilməsidir. Floroskopiya (rentgen skopi) nəzarəti altında həyata keçirilən bu prosedur disk yırtığına bağlı siyatalgiyada birinci sıra intervensional müalicə hesab olunur. Tədqiqatlar göstərir ki, xəstələrin 70–80%-i bu prosedurdan sonra ağrısının əhəmiyyətli dərəcədə azaldığını bildirir.

Faset Radiofrequency Ablasiya (RF) — bel ağrısının bir hissəsi faset oynaqlarından qaynaqlanırsa, həmin oynaqları innervə edən sinir lifləri yüksək tezlikli cərəyanla "söndürülür". Bu üsul xüsusilə uzun müddət oturduqda, əyilıb düzələndə pisləşən bel ağrılarında çox yüksək effekt göstərir. Prosedur 15–20 dəqiqə çəkir, xəstə həmin gün evə çıxır. Dr. Asif Şərifov FIPP (Fellow of Interventional Pain Practice) sertifikatına sahib olmaqla bütün bu prosedurları beynəlxalq standartlara uyğun şəkildə həyata keçirir.

Bakı Ağrı Mərkəzinə müraciət etməzdən əvvəl illərlə dərman, fizioterapiya və müxtəlif müalicə üsulları sınayan çoxsaylı xəstə, birinci prosedurdan sonra həyat keyfiyyətlərinin kökündən dəyişdiyini bildirib. Bel yırtığı diaqnozu qoyulmuşdursa, əməliyyatdan əvvəl mütləq intervensional müalicə seçimlərini nəzərdən keçirmək lazımdır.

Əsas Faktlar

  • Prosedur müddəti: 20 dəqiqə
  • Həmin gün evə yazılma — xəstəxanada qalmaq tələb olunmur
  • Əməliyyatsız, minimalinvaziv yanaşma
  • FIPP sertifikatlı həkim tərəfindən aparılır
  • Tətbiq olunan vəziyyətlər: disk yırtığı, siyatalgiya, radikülopatiya, faset sindromu
  • Floroskopiya (rentgen) nəzarəti altında dəqiq hədəfləmə
WhatsApp ilə Qəbula Yazılın