Xaricdə təhsil almış FIPP alqoloq Dr. Asif Şərifovun peşəkar yolu

Dr. Asif Şərifov xaricdə təhsil almış invaziv ağrı mütəxəssisi, həkim-alqoloqdur. Dünya Ağrı İnstitutunun FIPP (Fellow of Interventional Pain Practice) board sertifikatına sahib olaraq Azərbaycanda ağrı müalicəsi sahəsində yüksək beynəlxalq kvalifikasiyanı təmsil edir.
Dünya Ağrı İnstitutunun invaziv ağrı müalicəsi üzrə board imtahanından uğurla keçmişdir. FIPP imtahanı dünyada bu sahə üzrə ən ciddi peşəkar göstəricilərdən biri hesab olunur və invaziv ağrı müalicəsinin standartlarını təsdiqləyir.
Dünya və Avropa ağrı cəmiyyətlərinin üzvü olan Dr. Asif Şərifov Bakı Ağrı Klinikasında fəaliyyət göstərir. Həm Bakıda, həm də müntəzəm olaraq Gəncə şəhərində xəstə qəbulu aparır.
Musculoskeletal kursların təşkilatçısı kimi nevroloq və anestezioloqlar üçün təlimlər keçir, trigeminal nevralgiyanın müalicəsində isə Azərbaycanda aparıcı mütəxəssislərdən biri kimi tanınır. Peşəkar yanaşmasının əsas şüarı sadədir: “Heç bir ağrı çarəsiz deyil!”
İnvaziv ağrı müalicəsi üzrə xaricdə təhsil almış, beynəlxalq board standartları ilə çalışan həkim-alqoloq. Müalicədə təhlükəsizlik, dəqiqlik və funksional nəticə əsas prinsiplərdir.
Qlobal ağrı elmi və klinik təcrübə ilə daim əlaqədə qalır, müasir protokolları və yeni invaziv yanaşmaları praktikaya daşıyır.
Hər xəstə üçün fərdiləşdirilmiş plan qurulur. Məqsəd yalnız ağrını azaltmaq deyil, funksiyanı və həyat keyfiyyətini də bərpa etməkdir.

Dünya Ağrı İnstitutunun verdiyi beynəlxalq kvalifikasiya. İnvaziv ağrı müalicəsi üzrə ən yüksək standart.

Müasir RF cihazları, ultrases kontrolu altında prosedurlar, floroskopik nəzarətlə invaziv ağrı müalicəsi.

Nevroloq və anestezioloqlar üçün ağrı müalicəsi kursları. Bakıda beynəlxalq təlim proqramları.





