Boyun fəqərə arası disk yırtığı — servikal herniasiya — xüsusilə ofis işçiləri, uzun müddət kompüter başında oturanlar və boyundan xəsarət almış şəxslər arasında getdikcə geniş yayılan bir problemdir. Boyun bölgəsindəki diskin xarici liflər halqası (annulus fibrosus) zədələndikdə nüvə (nucleus pulposus) çıxaraq ətrafındakı sinir köklərini sıxır. Bu sıxılma nəticəsində boyun ağrısından əlavə qollar, çiyinlər, dirsəklər, hətta barmaqlar boyunca yayılan ağrı, uyuşma və keyləşmə yaranır — bu tablo servikal radikülopatiya adlanır.
Servikal radikülopatiya zamanı şikayətlər çox vaxt çiyindən aşağı qola yayılan elektrik vurması, yanma, tutma hissi şəklindədir. Bəzi xəstələrdə qolda zəiflik inkişaf edir, günlük fəaliyyətlər — qab yumaq, saç daramaq, yazmaq — belə çətin olur. Əgər diskin çıxıntısı çox böyükdürsə, onurğa beyin suyuna basıq yaranır — bu vəziyyət miyelopatiya adlanır və daha ciddi əlamətlərə — gəzişmə problemləri, əl-qol koordinasiyasının pozulması — yol aça bilər.
Servikal Epidural Steroid İnjeksiyası — boyun nahiyəsindəki sıxılmış sinir kökünnün ətrafına floroskopiya nəzarəti altında steroid və lokal anestezik yeridilir. Bu prosedur iltihabı azaldır, sinirin şişkinliyini yüngülləşdirir, ağrı impulslarını bloklayır. Xəstəlrin böyük hissəsi bir-iki prosedurdan sonra qola yayılan ağrının əhəmiyyətli dərəcədə azaldığını hiss edir. Bu üsul xüsusilə kəskin radikülopatiya epizodlarında çox effektivdir.
Servikal Faset Radiofrequency Ablasiyası (RF) — boyun ağrısının qaynağı faset oynaqlarındadırsa (xüsusilə çevrilmə, yan əymə, uzun müddət oturma ilə pisləşən ağrılarda), həmin oynaqların innervasyonunu təmin edən median branch sinirləri RF enerji ilə söndürülür. Bu prosedur uzunmüddətli — bir çox xəstədə 1–2 illik — boyun ağrısından azad olmağa kömək edir. Prosedur yüngül sedatasiya ilə aparılır, ümumi anesteziya tələb olunmur.
Servikal DRG (Dorsal Root Ganglion) Bloku — boyun sinir köklərinin ganglionuna dəqiq steroid yeridilməsi kəskin radikülopatiyalı xəstələrdə çox sürətli ağrı azalması təmin edir. Xüsusilə C5, C6, C7 kök sıxılmalarında bu prosedur çiyin, baş barmaq, şəhadət barmağı boyunca yayılan ağrıları sürətlə aradan qaldırır. Dr. Asif Şərifov FIPP sertifikatı ilə bütün bu prosedurları beynəlxalq protokollar çərçivəsində həyata keçirir.
Əksər xəstə boyun yırtığı diaqnozu ilə birbaşa cərrahiyyəyə yönləndirilir. Lakin statistika göstərir ki, servikal herniasiyaların böyük əksəriyyəti intervensional prosedurlarla uğurla müalicə oluna bilir. Əməliyyatın riskləri — infeksiya, sinir zədəsi, anesteziya komplikasiyaları, uzun reabilitasiya — əvəzinə, 20–30 dəqiqəlik ambulatuar prosedur ilə eyni gün evə getmək mümkündür.
Əsas Faktlar
- Əməliyyatsız, minimalinvaziv yanaşma
- Bir seans ilə əhəmiyyətli ağrı azalması
- Qol, çiyin və boyun ağrısından azad olma
- FIPP sertifikatlı həkim tərəfindən aparılır
- Həmin gün evə yazılma — xəstəxanada qalmaq tələb olunmur
- Floroskopiya nəzarəti altında dəqiq hədəfləmə